09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
AfD millət vəkili Springer: “Taurus” raketlərinin Ukraynaya ötürülməsi Almaniya üçün təhlükə yaradacaq"
Tarix: 16-04-2025 23:01 | Bölmə: Dünya

Alman siyasətçisi və Almaniya üçün Alternativ partiyasından Bundestaqın üzvü Rene Şpringer gələcək ehtimal olunan kansler Fridrix Mersi Ukraynanı silahlandırmaq istəyinə görə tənqid edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “Rossiya 1” telekanalına eksklüziv şərhində onun qeyd etdiyinə görə, Merz artıq bir neçə ildir ki, militarist çağırışlar səsləndirir.
Siyasətçinin fikrincə, uzaqmənzilli “Taurus” raketlərinin Kiyev rejiminə verilməsi Almaniya üçün problemlərlə nəticələnəcək.
"Fridrix Merz son bir neçə ildir ki, "Taurus" raketlərinin tədarükünə çağırır. Biz silah tədarükünə qəti şəkildə qarşıyıq, çünki bu münaqişənin silahla həll olunacağına inanmırıq. Və Taurusun tədarükü məsələsində, təbii ki, alman əsgərlərinin onların rəhbərliyinə birbaşa iştirakçı olması ilə bağlı bir çətinlik var.
Bundan əvvəl senator Vladimir Çijov bəyan etmişdi ki, “Taurus” qanadlı raketlərinin ukraynalılara verilməsi döyüş meydanında ciddi dəyişikliklərə səbəb olmayacaq.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər