Bütün xəbərlər
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın sanksiyalarına baxmayaraq davam edəcək
Tarix: 07-02-2025 17:40 | Bölmə: Dünya

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) rəhbərliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, təşkilatın fəaliyyətini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
BCM ABŞ-ın təşkilatın rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib. ABŞ prezidenti Donald Trampın bu qərarı məhkəmə sisteminin qərəzsizliyinə və müstəqilliyinə xələl gətirməklə eyniləşdirilib.
"Məhkəmə öz əməkdaşlarının yanındadır və bütün dünyada cinayətin milyonlarla qurbanına ümid bəxş edən ədaləti təmin etməyə davam edəcək", - bəyanatda deyilir.
Təşkilat əvvəllər Roma Əsasnaməsini ratifikasiya etmiş və qurumun yurisdiksiyasını tanıyan 125 ölkənin nümayəndələrini BCM-nin müdafiəsi üçün çıxış etməyə çağırıb.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Trampın BCM-yə qarşı sanksiyaları Rusiyaya aid deyil, çünki Moskva təşkilatı tanımır.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər