14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
İranlı deputat Zöhrəvənd: "İD-nin demək olar ki, bütün təyyarələri və pilotsuz təyyarələri vurulub"
Tarix: 26-10-2024 19:01 | Bölmə: Dünya

İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd bildirib ki, İrana zərbə endirməkdə bir neçə İsrail qırıcı və pilotsuz təyyarəsi iştirak edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, İslam Respublikasının hava hücumundan müdafiəsi yaxşı işləyirdi - demək olar ki, bütün pilotsuz təyyarələr və döyüş təyyarələri İran ərazisini atəşə tutmazdan əvvəl vurulub, TASS agentliyi yazır.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 26-na keçən gecə İrana hücum edib. KİV-in məlumatına görə, əməliyyatda 100-dən çox İsrail təyyarəsi, o cümlədən beşinci nəsil "F-35" qırıcıları iştirak edib.
Bildirilir ki, ilk zərbə İranın raketdən müdafiə sisteminə, qalanları isə raket və pilotsuz təyyarələrin istehsal olunduğu zavodlara, eləcə də bu cür silahların yerləşdiyi bazalara düşüb. Bundan əlavə, İDF İranın hava hücumundan müdafiəsini korlamaq üçün Suriyada radarları vurub.
Ümumilikdə 20 obyekt hədəfə alınıb, lakin Tehran bu məlumatı təkzib edir.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü