18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Beyrutda Fələstinin Azadlığı Xalq Cəbhəsinin liderləri dünyasını dəyişib
Tarix: 30-09-2024 09:13 | Bölmə: Dünya

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtının Kola rayonuna zərbələr endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail qüvvələrinin Beyruta zərbə endirməsi zamanı Fələstinin Azadlığı Xalq Cəbhəsinin rəhbərliyinin üzvləri həlak olub. Bu barədə “Al Jadeed” məlumat yayıb.
Telekanal AXCP-dən sitat gətirib: “Fələstinin Azadlıq Xalq Cəbhəsi öz liderlərinə yas tutur”.
Söhbət Siyasi Büro üzvü Məhəmməd Abdel Aal və Livandakı hərbi komandir İmad Odehdən gedir. “Qəhrəman-fəal”ın ölümü də bildirilir.
“Reuters”in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livan paytaxtının Kola rayonuna zərbələr endirib.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər