Bütün xəbərlər
Fələstin Prezidenti: "Haniyənin öldürülməsi Qəzza zolağında münaqişəni uzadacaq və genişləndirəcək"
Tarix: 06-08-2024 10:54 | Bölmə: Dünya

Fələstin prezidenti Mahmud Abbas bildirib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada münaqişəni uzatmaq və genişləndirmək məqsədi daşıyır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fələstin dövlət başçısının sözlərinə görə, Haniyəyə hücum Yaxın Şərq münaqişəsinin həlli üzrə danışıqlara mənfi təsir göstərəcək. Abbas ölkə sakinlərini “işğal qarşısında” səbir və mətanət göstərməyə çağırıb.
Fələstinin Həmas hərəkatı İsmayıl Haniyənin öldürülməsində İsraili günahlandırıb. Öz növbəsində Təl-Əviv hücumda iştirakı ilə bağlı xəbərlərə heç bir reaksiya verməyib.
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb, RİA Novosti xatırladır. Fələstin hərəkatı hücumun cavabsız qalmayacağına söz verib.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər