Bütün xəbərlər
Venesuelada prezident seçkiləri başlayıb, Maduro ardıcıl üçüncü müddət üçün mübarizə aparır
Tarix: 28-07-2024 15:33 | Bölmə: Dünya

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 6-da (Moskva vaxtı ilə 13.00) açılıb.
21 milyondan çox vətəndaşın səsvermə hüququ var. Bununla belə, müşahidəçilər hesab edir ki, 17 milyona yaxın insan seçkilərə gəlmək niyyətindədir, daha 70 min nəfər isə xaricdə səs verə biləcək.
Venesuelada prezident 6 illik müddətə seçilir, bu müddət 2025-ci il yanvarın 10-dan hesablanacaq.
Seçkilərdə ümumilikdə on namizəd iştirak edir. Hazırkı dövlət başçısı Nikolas Maduro ardıcıl üçüncü müddətə namizədliyini irəli sürür (o, 2013-cü ildən hakimiyyətdədir).
Onun əsas rəqibi müxalifət alyansının dəstəklədiyi diplomat Edmundo Qonzales Urrutia hesab olunur.
Videomüraciətində Nikolas Maduro prezident seçkilərinin “sülhün və suveren qərarların qəbulunun möhtəşəm bayramı” olacağına əminliyini ifadə edib və həmçinin Venesuelada sakitliyi pozmağı planlaşdıranlara xəbərdarlıq edib.
"Biz bütün lazımi tədbirləri görəcəyimiz barədə xəbərdarlıq edirik" deyib.
Urrutia isə öz növbəsində tərəfdarlarını seçim hüququndan istifadə edərək bu gün demokratiya istəklərini nümayiş etdirməyə çağırıb.
Venesuelada seçki məntəqələri bu gün yerli vaxtla saat 18:00-da bağlanacaq (Moskvada artıq iyulun 29-u gecə saat 1 olacaq).


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər