13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Türkiyənin qərbində amfibiya təyyarəsi göldə batıb
Tarix: 14-06-2024 23:16 | Bölmə: Dünya

Türkiyənin Muğla vilayətinin Meşə Müdirliyinə məxsus amfibiya təyyarəsi gölə sərt eniş etdikdən sonra qismən batıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, modifikasiya edilmiş "Canadair CL-215" Didim bölgəsində (Aydın vilayəti) yanğının söndürülməsində iştirak edib, lakin texniki nasazlıq səbəbindən pilot Bafa gölündən su götürmək əvəzinə onun üzərinə enməyə məcbur olub. Su səthinə çarpdıqdan sonra təyyarənin çox hissəsi suyun altına düşdü, yalnız quyruğu səthdə qaldı.
Təyyarənin ekipajı - üç nəfər təyyarəni özbaşına tərk edib, bundan sonra onları sahil mühafizəsi əməkdaşları götürüblər.




Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər