14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Orban Aİ-nin Macarıstanı 200 milyon avro cərimələmək qərarını tənqid edib
Tarix: 13-06-2024 16:29 | Bölmə: Dünya

Brüssel bürokratları üçün qeyri-qanuni miqrantlar Avropa vətəndaşlarından daha vacibdir, Macarıstanın baş naziri Viktor Orban bu fikri bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı, iyunun 13-də Aİ-nin Lüksemburq məhkəməsi Macarıstanı miqrantların qəbulu ilə bağlı məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə 200 milyon avro cəriməyə, eləcə də gündəlik bir milyon avro ödəməyə məhkum edib.
“Aİ məhkəməsinin Avropa İttifaqının sərhədlərini qoruduğuna görə Macarıstanı cərimələmək qərarı qəzəblidir və qəbuledilməzdir” deyən Orban sosial şəbəkələrdə yazıb: “Görünür, Brüsseldən gələn bürokratlar üçün Avropa vətəndaşlarından daha önəmlidir”.
Orban əlavə edib ki, normal məhkəmə heç vaxt belə bir qərar verməzdi, çünki bu, Avropa qanunlarına tamamilə ziddir.
Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas da öz növbəsində Aİ-nin maliyyə şantajına baxmayaraq, Macarıstanın miqrasiya siyasətini dəyişməyəcəyini vurğulayıb.
Bundan əvvəl Orban bildirib ki, Macarıstan NATO-nun Ukrayna ilə bağlı planlarında iştirak etməyəcək.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər