14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Netanyahu ABŞ Konqresinin hər iki palatasında çıxış edəcək
Tarix: 01-06-2024 23:29 | Bölmə: Dünya

Amerika Konqresi İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ qanunverici orqanında hər iki palatanın birgə iclasında çıxış etmək üçün çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail başçısının ofisinin bildirdiyinə görə, konqresmenlərdən dəvət həftənin sonunda gəlib. Netanyahu bundan əvvəl ABŞ Konqresinin hər iki palatasında üç dəfə çıxış edib.
RİA Novosti nüfuzlu konqresmenlərin Yaxın Şərq münaqişəsində İsrailin tərəfində olduğunu xatırladaraq, Qüdsün beynəlxalq terrorizmlə mübarizədə rolunu qeyd edir.
Dəvət aldıqdan sonra Netanyahu deyib: “Amerika xalqının və bütün dünya nümayəndələrinə bizim ölməyimizi istəyənlərə qarşı apardığımız ədalətli müharibə haqqında danışmaq imkanım olduğu üçün şadam.
Gözlənilir ki, İsrailin baş naziri öz çıxışında HƏMAS-ın hələ də saxladığı amerikalı və israilli girovların taleyinə xüsusi diqqət yetirəcək.




Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü