14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Portuqaliyada ifrat sağçı lideri öldürməyi planlaşdıran bombalı şəxs saxlanılıb
Tarix: 23-05-2024 23:56 | Bölmə: Dünya

Portuqaliyanın ifrat sağçı "Çeqa" partiyasının Lissabondakı qərargahında hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğu olan bir nəfəri saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ehtimallara görə, o, partiya lideri Andre Venturanı öldürmək niyyətində idi.
Saxlanılan şəxsin psixi pozğunluqdan əziyyət çəkməsi ehtimalı var. EFE xəbər agentliyi polisdəki mənbələrə istinadən xəbər verir ki, o, müayinə üçün xəstəxanaya göndərilib.
RİA Novosti xəbər verir ki, Venturanın özü indi Funşal şəhərində (Portuqaliyanın Madeyra arxipelaqının paytaxtı) regional seçkilər öncəsi tədbirlərdə iştirak edir.
İfrat sağçı lider jurnalistlərə baş verənlər barədə çox az məlumatlı olduğunu söylədi, lakin o, polisin Lissabondakı partiyasının binaları və yaxınlıqdakı parlament ətrafında “təhlükəsizlik perimetri” qurduğunu söyləyib.





Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər