Bütün xəbərlər
İsrail İranın iddia edilən zərbəsinə cavab planını təsdiqləyib
Tarix: 12-04-2024 12:37 | Bölmə: Dünya

"Ynet" portalının yazdığına görə, İsrail Müdafiə Qüvvələri (IDF) və Mossad kəşfiyyat agentliyi İsrailin İran tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab planlarını təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İDF və ABŞ ordusu arasında koordinasiya gücləndirilib.
İsrailə görə, İran yaxın günlərdə zərbə endirə bilər.
Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına zərbələr endirib. İranın ruhani lideri Əli Xamneyi İranın İsraili zərbəyə görə peşman edəcəyi barədə xəbərdarlıq edib və ölkə prezidenti İbrahim Rəisi İsrailin hücumunun cavabsız qalmayacağına söz verib.




Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər