Bütün xəbərlər
Raisi: "İsrailə İran konsulluğuna hücumu baha başa gələcək"
Tarix: 04-04-2024 13:52 | Bölmə: Dünya

Dəməşqdə İranın diplomatik korpusuna hücumun əvəzini İsrail yüksək səviyyədə ödəyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.
Əli Xameneinin ardınca o, azğın rejimi cəzalandıracağına söz verdi. O, həmçinin İraqın baş nazirinə “terror hücumunu” pislədiyinə görə təşəkkür edib.
O, Məhəmməd əl-Sudani ilə telefon danışığında deyib: "Hər iki xalq Fələstini dəstəkləməkdə birdir və Təl-Əvivin hərəkətlərini pisləyir. Bu rejim cinayət əməlinin əvəzini çox ağır ödəyəcək".
İsrail Müdafiə Qüvvələri aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına zərbələr endirib. Hücum nəticəsində yeddi hərbi müşavir və beş SEPAH zabiti həlak olub.
Rusiya diplomatik korpusun atəşə tutulmasını pisləyib. Moskva Tel-Əvivin beynəlxalq hüququ pozduğuna əmindir.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər