Bütün xəbərlər
Almaniya Müdafiə Nazirliyi Bundesver zabitlərinin telefonlarının dinlənilməsi faktını təsdiqləyib
Tarix: 02-03-2024 19:47 | Bölmə: Dünya

ARD telekanalı xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi Luftwaffe zabitlərinin səs yazısını təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı, idarə mətbuatda dərc olunan səs yazısında dəyişiklik edilib-edilmədiyini deyə bilməz.
Yada salaq ki, RT telekanalının baş redaktoru Marqarita Simonyan Krım körpüsünə hücum planını müzakirə edən yüksək rütbəli alman zabitləri arasında söhbətin yazısını dərc edib.
Martın 2-də alman jurnalistlər səs yazısının orijinal olduğunu təsdiqləyiblər. Bundan əlavə, Almaniya əks-kəşfiyyatı bu söhbəti yoxlamağa başlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Berlindən Krım körpüsünə hücum planlarını dərhal şərh etməyi tələb edib. Diplomatik idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, cavab yoxdursa, bu, günahın etirafı olacaq.



Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər