Bütün xəbərlər
Almaniya Müdafiə Nazirliyinin qərargahı bir neçə saat qaranlığa qərq olub
Tarix: 14-02-2024 15:27 | Bölmə: Dünya

“Bild” qəzeti yazır ki, Almaniya Müdafiə Nazirliyinin Bonndakı qərargahının binası bir neçə saat ərzində tamamilə enerjisiz qalıb, hətta ehtiyat enerji təchizatı sistemi də işləməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, hadisə fevralın 12-də baş verib, lakin onun səbəbləri hələlik məlum deyil.
Departamentin özü etiraf edib ki, insident Bundesverin İT xidmətlərinin işində və Almaniya Müdafiə Nazirliyinin Berlindəki baş qərargahı ilə xarici əlaqənin kəsilməsinə səbəb olub. Eyni zamanda, daxili kommunikasiyalara və idarəetmə imkanlarına toxunulmadığını vurğuladılar.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər