Bütün xəbərlər
İsrail ordusunun aviasiyası Livandakı "Hizbullah" terrorçularının hədəflərinə hücum edib
Tarix: 24-11-2023 07:18 | Bölmə: Dünya

İsrail ordusu Livanda "Hizbullah"ın bir sıra hərbi obyektlərinə hava zərbələri endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
TASS xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin qırıcıları "Hizbullah" hərəkatının terrorçu hədəflərinə hücum edib. Zərbələr nəticəsində son günlər İsrail ərazisinə raketlərin buraxıldığı mövqelər məhv edilib.
"Hizbullah" terrorçularının fəaliyyət göstərdiyi hərbi obyektlərə də hücum edilərək onların məhv edildiyi bildirilir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər