12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Fabrikdə baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb
Tarix: 16-05-2023 22:03 | Bölmə: Dünya


Çərşənbə axşamı Hindistanın Şərqi Medinipu rayonunda yerləşən kəndlərdən birində, ilkin məlumatlara görə, atəşfəşanlıq istehsalı üçün qanunsuz fabrikin olduğu binada partlayış baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.
Hindistanın Qərbi Benqal əyalətində baş verən faciəvi hadisə barədə RİA Novosti xəbər verir. Müxtəlif mənbələrə görə, partlayış nəticəsində 5-9 nəfər ölüb, daha bir neçə hindistanlı yaralanıb.
Partlayışdan sonra binadan yalnız skelet qalıb. Fövqəladə hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, hadisənin səbəbləri araşdırılır. Qanunsuz istehsal sahibi axtarışa verilib, onun artıq qanunsuzluqla əməli bağlı hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıldığı bildirilir.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər