Bütün xəbərlər
ABŞ Ukraynaya büdcə dəstəyi üçün 4,5 milyard dollar ayıracaq
Tarix: 23-11-2022 01:53 | Bölmə: Dünya

ABŞ Ukraynaya 4,5 milyard dollar dəstək verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib. Onun sözlərinə görə, pul yaxın həftələrdə göndərilməyə başlayacaq.
Yellen açıqlamasında “Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər etməklə Ukraynaya qarşı sarsılmaz öhdəliyini qorumağa davam edir” deyib.
Onun sözlərinə görə, bu, Ukraynanın "iqtisadi sabitliyini gücləndirəcək" və əsas dövlət xidmətlərinin göstərilməsinə, xüsusən də dövlət işçilərinə maaşların ödənilməsinə və sosial yardımın göstərilməsinə kömək edəcək.
Fevralın 24-dən Rusiya Ukraynada demilitarizasiya və denazifikasiya məqsədilə xüsusi hərbi əməliyyat keçirir. ABŞ başda olmaqla Qərb ölkələri Kiyev rejiminə maliyyə və hərbi dəstək verir, paralel olaraq anti-Rusiya sanksiyaları tətbiq edir.


Noyabrın 21-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya artıq verilmiş hərbi yardımın ümumi məbləğinin 20 milyon dolları keçdiyini açıqlayıb.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər