Bütün xəbərlər
ABŞ İranın İraqın Ərbil yaxınlığındakı hərbi hücumunu tənqid edib
Tarix: 21-11-2022 09:52 | Bölmə: Dünya

Birləşmiş Ştatlar İranın Ərbil yaxınlığındakı hücumlarını pisləyir, bu cür hücumlar İraq və Yaxın Şərqin təhlükəsizliyinə təhdid yaradır, ABŞ Mərkəzi Komandanlığı bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bundan əvvəl "Şəfəq" xəbər agentliyi məlumat vermişdi ki, bazar ertəsi gecə İran silahlı qüvvələri İraq Kürdüstanında olan qaçqın düşərgəsini və müxalifət qüvvələrinin qərargahını atəşə tutub.
Agentliyin mənbəsinin məlumatına görə, ilk zərbə müxalifət partiyasının Ərbil yaxınlığındakı Köy-Sancak şəhərindəki qərargahına dəyib. Hücumun hansı silahla həyata keçirildiyi açıqlanmır. İlkin məlumata görə, İran 3 raket atıb.


Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər