Bütün xəbərlər
Meşədə itkin düşən yeddi yaşlı oğlan tapılıb
Tarix: 06-09-2026 20:27 | Bölmə: Digər

 Başqırdıstanda xilasedicilər 5 sentyabr şənbə günü axşamı itkin düşən yeddi yaşlı oğlanı tapıb xilas ediblər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar İdarəsi "MAX"da məlumat verib.
Oğlan Belebeevski rayonunun İlkino kəndi yaxınlığında yoxa çıxıb.
Bu gün, 6 sentyabr, saat 4:00-da uşaq itkin düşdüyü yerdən təxminən bir kilometr aralıda meşədə tapılıb.
Fövqəladə Hallar İdarəsindən oğlanın tibbi yardıma ehtiyacı olmadığı bildirilir. O, artıq valideynlərinə təhvil verilib.Axtarışda 122 nəfər və 18 ədəd texnika iştirak edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər