Bütün xəbərlər
Bayden bildirib ki, ABŞ-da zorakılıq epidemiyası var
Tarix: 21-11-2022 00:31 | Bölmə: Dünya

ABŞ prezidenti Co Bayden ölkənin silahlı zorakılıq epidemiyası yaşadığını bildirib. Onun sözlərinə görə, hakimiyyət buna cavab verməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Bayden Koloradoda gecə klubunda baş verən atışmaya münasibət bildirib. Bazar günü gecə klubda 5 nəfər ölüb, 18 nəfər yaralanıb.
"Biz epidemiyaya... silah zorakılığı ilə cavab verməliyik" deyib Bayden Ağ Evin açıqlamasında.
Prezident əlavə edib ki, silahlı zorakılıq cəmiyyətə dağıdıcı və artan təsir göstərir. O, həmçinin faciəvi hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər