Bütün xəbərlər
Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki son hadisələri şərh etdi
Tarix: 29-09-2022 22:35 | Bölmə: Dünya

                        Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki son hadisələri şərh etdi



“Moskva Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış bütün razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Ermənistan-Azərbaycan sərhədində son hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, ölkə liderlərinin imzaladığı üçtərəfli sənədlərdə “olduqca çox məsələ nəzərdə tutulub”.
“Orada həm nəzəriyyə və təcrübə var, orada baş verənlərin təsdiq edilməsi və gələcək planlar var. Bu sənədlər sadəcə vasitəçi ilə ayrı-ayrı ölkələr arasında deyil, uzun tarixli bu münaqişəni bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Məhz buna görə onlar çox dəyərlidir və bu səbəbdən, onlar xəyali yox, həqiqi yol xəritəsidir”, - deyən M.Zaxarova əlavə edib ki, bu razılaşmalar mərhələli şəkildə icra olunur.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər