12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İranda geyimlər üçün koronavirusdan qoruyan sprey hazırlandı
Tarix: 30-04-2021 01:19 | Bölmə: Dünya

                İranda geyimlər üçün koronavirusdan qoruyan sprey hazırlandı


İran alimləri koronavirusdan qorunmaq üçün geyimlər üçün sprey hazırlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
“Koronavirus əleyhinə spreyin əsas funksiyası ondan ibarətdir ki, maska və ya geyimə vurulduqdan sonra koronavirus xüsusi bir şəkildə aşkarlanaraq məhv olunur”, - deyə Tehrandakı COVİD-19-la mübarziə üzrə qərargahın rəhbəri bildirib.
Preparatın tezliklə istehsalı və İran ərazisində paylanması gözlənilir.



Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər