Bütün xəbərlər
Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı
Tarix: 01-03-2021 15:50 | Bölmə: Dünya

                    Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı


Şanlıurfa və Mardinin Suriya ilə həmsərhəd vilayətlərində 5 PKK terrorçusu daxil olmaqla dövlət sərhədini pozan 9 şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Cinayətkarlar Şanlıurfanın Ceylanpınar bölgəsi və Mardinin Kızıltepe bölgəsindəki sərhəddən qanunsuz yollarla Türkiyə ərazisinə girməyə çalışıblar.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.
Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.


Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər