Bütün xəbərlər
Mixail Qusman ordumuza 50 min dollar köçürdü
Tarix: 12-10-2020 23:53 | Bölmə: Dünya

                  Mixail Qusman ordumuza 50 min dollar köçürdü

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, o, Fonda 50 min dollar vəsait köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.


Baxış sayı: 472


Bölməyə aid digər xəbərlər