23:45 / 11-11-2026
Dvalişvili Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə günahlandırır
23:40 / 11-11-2026
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
22:00 / 11-11-2026
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
21:56 / 11-11-2026
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
21:51 / 11-11-2026
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
21:46 / 11-11-2026
Venesuela illərdir ilk dəfə ABŞ-a təmir üçün neft avadanlıqları göndərib
21:42 / 11-11-2026
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib
21:39 / 11-11-2026
Rusiyanın gənclərdən ibarət futbol komandası Türkiyəyə uçuşu ilə bağlı problemlərlə üzləşib
21:32 / 11-11-2026
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
21:28 / 11-11-2026
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
20:18 / 11-11-2026
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
20:14 / 11-11-2026
Kreml: "Amerikalılarla ünsiyyət davam edəcək"
20:03 / 11-11-2026
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
19:55 / 11-11-2026
Soyuducuda təqaüdçülərin parçalanmış cəsədləri tapılıb
19:47 / 11-11-2026
Kuşner Putinlə Avropanın Ukrayna danışıqlarındakı iştirakını müzakirə edəcək
19:44 / 11-11-2026
Rusiya nümayəndə heyəti çərşənbə günü Əbu-Dabidən Moskvaya yola düşəcək
19:40 / 11-11-2026
Rusiya və Ukrayna arasında mübadilə edilən məhbusların sayı hər iki tərəfdə min nəfəri keçəcək
19:35 / 11-11-2026
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
16:50 / 11-11-2026
Kuşner Vitkoffla birlikdə Putinlə görüşmək üçün Moskvaya gedəcəyini açıqladı
16:47 / 11-11-2026
Bank işçisi SVO iştirakçılarından 16 milyon rubl ödəniş oğurlayıb
07:34 / 11-11-2026
Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir-Könül Nurullayeva
23:04 / 10-11-2026
İlham Əliyev Türkiyəyə səfərə gəlib
23:00 / 10-11-2026
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
21:05 / 10-11-2026
Silahların olduğu orta əsrlərə aid bir məzarlıq aşkar edilib
21:02 / 10-11-2026
Şri-Lankadakı ruslara təhlükəsiz üzgüçülük yerləri seçmələri tövsiyə edildi
20:56 / 10-11-2026
Fiko Merzin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etdiyinə görə ona necə qışqırdığını açıqladı
20:52 / 10-11-2026
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
19:47 / 10-11-2026
10 noyabr bəyanatı regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açdı-Könül Nurullayeva
18:41 / 10-11-2026
Belarus xarici işlər naziri BMT-dəki müttəfiqlərinin mövqeyini tənqid etdi
18:37 / 10-11-2026
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
18:29 / 10-11-2026
Danimarka Ukraynaya 640 milyon avrodan çox hərbi yardım göstərəcək
18:24 / 10-11-2026
Qonaq evinin yaxınlığında turistin ölümündən sonra məhkəmə qarşısına çıxacaq
18:20 / 10-11-2026
Fon der Leyenin korteji yumurta ilə atəşə tutulub
18:11 / 10-11-2026
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
Millimizin yeni baş məşqçisi kim ola bilər? – NAMİZƏDLƏR
Tarix: 14-01-2018 01:07 | Bölmə: Digər
Oxu.Az xəbər verir ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov federasiyanın I vitse-prezidenti təyin edildi. Bundan sonra yığmada baş məşqçi dəyişikliyinin olacağı məsələsi gündəmə gəldi.
Dünən Umudov saytımıza açıqlamasında yaxın üç ay ərzində dəyişikliyin olmayacağını bildirdi. Onun sözlərinə görə, belə tezliklə baş məşqçi təyin edilməsi mümkün deyil. Dövlət Sərhəd Qoşunlarının polkovniki onu da bildirdi ki, yeni baş məşqçi məsələsinə martın 20-25-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatından sonra baxılacaq.
Bu vəzifəyə hansı məşqçinin təyin oluna biləcəyi ilə bağlı variantları təqdim etmək qərarına gəldik:
Arif Abdullayev

Azərbaycan bayrağını Olimpiadada ilk dəfə qaldırmış Namiq Abdullayevin böyük qardaşıdır. 1996-cı ildə Atlanta və 2000-ci ildə Sidney Olimpiadasının iştirakçısı olmuş Abdullayev 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində 60 kq çəki dərəcəsində yeganə dünya çempionluğunu qazanıb. Onun məşqçi kimi karyerasının az olduğunu demək olmaz. Çünki Abdullayev 2007-2014-cü illərdə gənclərdən ibarət yığmamızın böyük məşqçisi olub. O, 2015-ci ildə yeniyetmələrdən ibarət millimizə böyük məşqçi təyin olunub. 2016-cı ildən isə Firdovsi Umudovun əsas yığmada köməkçilərindən biridir.
Saypulla Absaidov

Dağıstandan olan məşqçi əvvəllər millimizin baş məşqçisi də olub. SSRİ-nin Olimpiya, dünya və Avropa çempionu olmuş Absaidov 2009-cu ildən Azərbaycanda çalışır. O, 2009-2014-cü illərdə əsas millinin baş məşqçisi, 2014-cü ildə bir neçə aylıq gənclərdən ibarət millinin böyük məşqçisi olub. Milliyyətcə kumık olan 59 yaşlı mütəxəssis 2012-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə və 2016-cı ildə isə “Tərəqqi” medalına layiq görülüb. 2014-cü ildə əsas millimizə yenidən baş məşqçi kimi qaytarılmış dağıstanlı mütəxəssisin köməkçilərindən biri Firdovsi Umudov olub. Umudov həmin vaxt böyük məşqçi vəzifəsində çalışıb. Lakin Olimpiadada sərbəst güləşçilərimizin qızıl medal qazanmamasına görə Absaidov 2016-cı ilin noyabrında əsas millidən çıxarılaraq gənclər yığmamıza yenidən böyük məşqçi təyin olunub.
Zəlimxan Hüseynov

O da Arif Abdullayev kimi, hazırda Firdovsi Umudovun köməkçilərindən biridir, əsas millidə vəzifəsi böyük məşqçidir. Hüseynov Saypulla Absaidovun vaxtında milliləşdirilən dağıstanlılardan biridir. Milliyyətcə çeçen olan Hüseynov Azərbaycan adından dünya çempionu ola bilməsə də (gümüş və bürünc medal qazanıb – S.T.), bir dəfə Avropa çempionu olub, iki dəfə isə Dünya Kubokunu və Qızıl Qran-Prini qazanıb. İdmançı karyerasını bitirdikdən sonra məşqçiliyə Azərbaycanda başlayan Hüseynov Absaidovun vaxtında köməkçilərdən olub. Firdovsi Umudovun 2016-cı ildə Absaidovun yerinə keçməsi ilə Hüseynovun da məşqçi vəzifəsi böyüyüb və millidə böyük məşqçi olub.
Yaqub Məmmədov

1997-2005-ci illərdə sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olub. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında güləşçimiz Namiq Abdullayev məhz onun rəhbərliyi altında dördilliyin zirvə yarışının qalibi olub. Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətlərə görə, mərhum ölkə başçımız Heydər Əliyevin sərəncamı ilə Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub. O, 2014-cü ilədək qadın millimizin baş məşqçisi, daha sonra 2015-ci ilədək gənc qızlardan ibarət millinin böyük məşqçisi olub. Hazırda 71 yaşı olan Məmmədov əvvəlcə federasiyanın idman şöbəsinin müdiri vəzifəsinə keçirilib, indi isə bu qurumun prezidenti Fazil Məmmədovun məsləhətçisi qismində çalışır.
Vahid Məmmədov

Namiq Abdullayevin şəxsi məşqçisi olmuş Məmmədov 2015-ci ildə yeniyetmə millimizin böyük məşqçi vəzifəsindən çıxarılıb. Bir il sonra isə onu yeniyetmələrin məşqçisi vəzifəsinə təyin ediblər.
Aslan Ağayev

Sərbəst güləş yığmamızın sabiq baş məşqçisidir. O, 2014-cü ildə gənc qızlardan ibarət yığmamızda məşqçi, 2016-cı ildə isə qadın güləşində bolqar məşqçi Semyon Çterevin köməkçisi kimi böyük məşqçi təyin olunub. Çterevin ötən il Azərbaycandan ayrılmasından sonra Aslan Ağayev qadın millimizdə baş məşqçi əvəzidir.
Baxış sayı: 1 080
Bölməyə aid digər xəbərlər
Tarix: 14-01-2018 01:07 | Bölmə: Digər
Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi baş tutdu.
Oxu.Az xəbər verir ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov federasiyanın I vitse-prezidenti təyin edildi. Bundan sonra yığmada baş məşqçi dəyişikliyinin olacağı məsələsi gündəmə gəldi.Dünən Umudov saytımıza açıqlamasında yaxın üç ay ərzində dəyişikliyin olmayacağını bildirdi. Onun sözlərinə görə, belə tezliklə baş məşqçi təyin edilməsi mümkün deyil. Dövlət Sərhəd Qoşunlarının polkovniki onu da bildirdi ki, yeni baş məşqçi məsələsinə martın 20-25-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatından sonra baxılacaq.