20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
“Qalatasaray” De Yonqun müqaviləsinə xitam verib
Tarix: 05-01-2018 22:05 | Bölmə: Digər

          qalatasaray de yonqun muqavilesine xitam verib

“Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Fatih Terim artıq komandanın heyətində təmizliyə start verib.
 
Apasport.az klub saytına istinadən xəbər verir ki, Naycel De Yonqun müqaviləsinə xitam verilib.
 
Hollandiyalı futbolçu bu mövsüm heç bir oyunda meydana çıxmayıb.
 
Qeyd edək ki, daha əvvəl “Milan” və “Mançester Siti” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında 2il müddətinə “Los Anceles Qalaksi” klubundan transfer edilmişdi.




Baxış sayı: 1 029


Bölməyə aid digər xəbərlər