Bütün xəbərlər
İnternetdə Rusiya Silahlı Qüvvələrinin kaset bombalarından istifadə etməsinin görüntüləri yayılıb
Tarix: 19-11-2023 17:13 | Bölmə: Digər







Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin mövqelərini RBK-500 kaset sursatları ilə vurublar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ən azından, bəzi teleqram kanalları bomba partlayışlarının videolarını dərc edərək bunu iddia edirlər.
Warrior DV kanalından olan videoda ağ işıqlar və tüstü, həmçinin üfüqün üstündə dalğalı işıqlar görünür. Müəlliflər iddia edirlər ki, kadrlar cənub Donetsk istiqamətində, Staromayorski ərazisində lentə alınıb.
Əvvəllər dəfələrlə bildirilirdi ki, Ukrayna Silahlı Qüvvələri kasetli sursatlardan təkcə Rusiyanın mövqelərinə deyil, dinc əhaliyə, xüsusən də Donetskin yaşayış məntəqələrinə zərbələr endirmək üçün istifadə edib.
Kasset bombalarından istifadə 2010-cu ildə qüvvəyə minmiş beynəlxalq konvensiya ilə qadağan edilib. Bununla belə, bu cür silahların ən böyük istehsalçıları, o cümlədən Rusiya, ABŞ və Çin sənədi imzalamayıb, Ukrayna da.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər