Bütün xəbərlər
Rusiyalı Şabliy "Bellator" Qran Prisinin finalına yüksəlib
Tarix: 18-11-2023 12:06 | Bölmə: Digər

Rusiyalı qarışıq üslublu döyüşçü Aleksandr Şabliy yekdil qərarla braziliyalı Patriki Freire qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, beş raunddan ibarət yüngül çəkidə döyüş Çikaqoda (İllinoys, ABŞ) "Bellator" turnirində baş tutub.
30 yaşlı rusiyalı beşinci döyüşdə qalib gələrək Qran Pri liqasının finalına yüksəlib. Şabliyin rəqibi daha sonra müəyyənləşəcək.
Bundan əvvəl digər rusiyalı Usman Nurməhəmmədov Qran Prinin finalına yüksəlmişdi. Lakin antidopin qaydalarını pozduğuna görə idmançı altı ay müddətinə diskvalifikasiya olunub.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər