Bütün xəbərlər
Mbappe üçün yeni namizəd var
Tarix: 16-11-2023 03:14 | Bölmə: Digər

"Bavariya" fransalı "Paris Sen-Jermen"in futbolçusu Kilianna Mbappeni transfer etməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Almaniya klubunun rəhbərliyi onun parislilərlə müqaviləsi ətrafında vəziyyətin inkişafını izləyir.
"Sport1"-in xəbərinə görə, münhenlilərin rəhbərləri Fransa millisinin ulduz futbolçusu ilə müqavilənin rəsmiləşdirilməsini qeyri-mümkün hesab etmirlər. "Bavariya" Mbappeni Parislə müqaviləsi başa çatdıqdan sonra iyunun sonunda almaq niyyətindədir.
Münhendə bu transfer üzərində işləməkdə əsas problem futbolçunun özünün maaş tələbləri hesab olunur.
Xatırladaq ki, Mbappe əvvəllər PSJ ilə müqaviləsində bu variantı aktivləşdirməkdən imtina etmişdi, bunun sayəsində avtomatik olaraq daha bir il uzadılacaqdı. Nəticədə o, müvəqqəti olaraq komanda ilə məşqlərdən kənarlaşdırılıb.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər