Bütün xəbərlər
Salo şəhərində sovet əsgərlərinin məzarı murdar edilib
Tarix: 14-11-2023 22:11 | Bölmə: Digər

Vandallar Finlandiyanın Salo şəhərində sovet əsgərlərinin məzarını murdarlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə 17 hərbi əsirin dəfn olunduğu Kavilannumi qəbiristanlığında baş verib.
"Yle" yazır ki, qəbiristanlıq rəhbərliyi vandalizmlə bağlı cinayət işinin açıldığını bildirib və ölənlərə hörmətlə yanaşmağı xatırladıb.
1949-cu il Cenevrə Konvensiyasına görə, Finlandiya öz ərazisində sovet əsgərlərinin və hərbi əsirlərin məzarlarına qayğı göstərməlidir.
Daha əvvəl bildirilmişdi ki, Estoniyada Böyük Vətən Müharibəsi zamanı həlak olmuş Qırmızı Ordu əsgərlərinin Tartu şəhərindəki Pauluse qəbiristanlığındaki abidəni murdarlayan vandalları axtarırlar.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər