Bütün xəbərlər
Ukraynaya yardım üçün əlavə 100 milyon avro ayrılıb
Tarix: 14-11-2023 19:48 | Bölmə: Digər

Ukrayna humanitar məqsədlər üçün Avropa ölkələrindən əlavə 100 milyon avro alacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Balazs Ujvari Ukraynadakı humanitar vəziyyəti fəlakətli adlandırıb.
Avropa rəsmisinin sözlərinə görə, vəsait ukraynalı qaçqınların mənzil, yemək və müavinətlə təmin edilməsinə sərf olunacaq.
Moldova döyüş bölgəsindən qaçan ukraynalıların əsas ehtiyaclarını təmin etmək üçün daha 10 milyon avro alacaq.
TASS yazır ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi əməliyyatı başlayandan bəri vahid Avropa Kiyev rejiminə humanitar məqsədlər üçün 843 milyon avro ayırıb.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər