Bütün xəbərlər
Məşhur çex xokkeyçisi vəfat edib
Tarix: 13-11-2023 14:59 | Bölmə: Digər

Çexiya millisinin xokkey üzrə keçmiş qapıçısı Roman Çexmanek 52 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çexmanekin ölüm səbəbi hələlik məlum deyil.
Roman Çexmanek Çexiya xokkey tarixinin ən güclü qapıçılarından biridir. Çexiya millisinin heyətində Naqano Olimpiadasında qızıl medal qazanan Çexmanek 3 dəfə dünya çempionu olub.
90-cı illərdə Çexmanek vətənində “Olouc”, “Zlin” və “Slovnaft” klublarında çıxış edib, həmçinin mütəmadi olaraq Çexiya yığmasına cəlb olunub. Azarkeşlər tərəfindən "Phantom" ləqəbi ilə tanınan Çexmanek üç dəfə - 1996, 1999 və 2000-ci illərdə dünya çempionu olub. Çexlərin qalib gəldiyi 1998-ci il Olimpiadasında Roman Dominik Haşekin ehtiyat oyunçusu olub.
2000-ci ildə, 29 yaşında Çexmanek NH-yə getdi və burada Philadelphia Flyers və Los Angeles Kings-in qapılarını qorudu. Roman karyerasını bitirdikdən sonra məşqçi olub və bizneslə məşğul olub.



Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər