Bütün xəbərlər
Borşevlə Sadıxov arasındakı döyüş
Tarix: 12-11-2023 12:33 | Bölmə: Digər

Rusiyalı Vyaçeslav Borşevlə Azərbaycan təmsilçisi Nazim Sadıxovun döyüşü UFC 295 turnirinin ən yaxşısı seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Turnir Nyu-Yorkun Madison Square Garden meydançasında baş tutub. Gecənin əsas yarışında braziliyalı Aleks Pereyra yarımağır çəkidə boş qalan çempionluq kəməri uğrunda döyüşdə çex Jiri Proçazkanı məğlub edib.
İlkin vərəqədə Borşçevlə Sadıxov arasında baş tutan qarşıdurma hər üç raund davam edib və hakimlərin səs çoxluğu ilə heç-heçə başa çatıb.
Həm Vyaçeslav, həm də Nazim üçün bu heç-heçə karyeralarında ilk olub. Hər iki idmançı “gecənin ən yaxşı döyüşü”nə görə 50.000 dollar alacaq.
“Axşamın ən yaxşı çıxışı” üçün eyni məbləğ Dieqo Lopez, Benoit Sen-Denis, Cessika Andrade, Tom Aspinal və Aleks Pereyraya veriləcək.
Bu idmançıların hamısı turnirdə erkən qələbələr qazanıblar. Belə ki. məsələn, Aspinall ağır çəkidə müvəqqəti çempion kəməri uğrunda döyüşdə rusiyalı Sergey Pavloviçi nokaut edib.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər