Bütün xəbərlər
Huşunu itirdi və öldü: Qana millisinin keçmiş oyunçusunun son oyunu
Tarix: 11-11-2023 23:56 | Bölmə: Digər

Qana millisinin sabiq üzvü Rafael Dvamena 28 yaşında vəfat edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Albaniya çempionatının oyunu zamanı hücumçu huşunu itirib. O, daha sonra xəstəxanada dünyasını dəyişib.
Eqnatiya komandasında çıxış edən futbolçunun ölümü ilə bağlı Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 13-cü turun “Partizani” ilə oyunu başa çatmayıb.
Dvamena Qana millisinin heyətində səkkiz oyun keçirib, iki qol vurub. Klub səviyyəsində forvard İspaniyanın “Levante” və “Saraqosa”, İsveçrənin “Sürix” və “Old Boyz”, Danimarkanın “Veyle” və Avstriyanın “Liefering”, Avstriya və Blau-Veys klublarında çıxış edib.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər