Bütün xəbərlər
Qrizmann Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Tarix: 10-11-2023 21:34 | Bölmə: Digər

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Çempionlar Liqasında həftənin futbolçusu seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Mükafat uğrunda Erlinq Haaland (“Mançester Siti”), Bukayo Saka (“Arsenal”) və Rodriqo (“Real Madrid”) də mübarizə aparırdı.
Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun matçında “Matras klubları” “Seltik”i 6:0 hesabı ilə məğlub edib.İspan komandasının fransalı hücumçusu bu görüşdə dubla imza atıb.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər