Bütün xəbərlər
Raket hücumu: İsrail millisinin oyunçuları yol kənarında gizləniblər
Tarix: 10-11-2023 20:53 | Bölmə: Digər

İsrail milli futbol komandası Təl-Əviv hava limanına çatarkən macəra yaşayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səyahət zamanı hava hücumu ilə bağlı həyəcan siqnalı verilib və komanda üzvləri avtobusu tərk etməyə məcbur olub.
İsrail Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, yığmanın futbolçuları və digər nümayəndələri trekin kənarında gizləniblər. Onların heç biri xəsarət almayıb.
Noyabrın 12-də İsrail millisi Kosovo komandası ilə futbol üzrə Avropa çempionatının seçmə oyunu keçirəcək. Oyun Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Macarıstanda baş tutacaq.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər