Bütün xəbərlər
Dağıstanda kəndin adı Həbib Nurməhəmmədovun atasının şərəfinə dəyişdiriləcək
Tarix: 09-11-2023 22:25 | Bölmə: Digər

Yaxın vaxtlarda Dağıstanın Kızılyurt rayonunda Manapkala kəndi peyda olacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kirovaulun adının dəyişdirilməsi ilə bağlı sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
2023-cü ilin fevralında kənd rəhbərliyi keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atasının xatirəsinin əbədiləşdirilməsi təklifi ilə Dağıstan Xalq Məclisinə müraciət edib.
Abdulmanap Nurməhəmmədov 2020-ci ilin iyulunda koronavirus səbəbiylə ağırlaşmalardan vəfat edib. Rusiyanın əməkdar məşqçisinin 57 yaşı var idi.
Kirovaulun adının dəyişdirilərək Manapkala kəndi olması barədə rəsmi hüquqi informasiya portalı məlumat yayıb.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər