Bütün xəbərlər
"Liverpul"un futbolçusu Diazın atası əsirlikdən azad edilib
Tarix: 09-11-2023 20:57 | Bölmə: Digər


İngiltərənin "Liverpul" klubunun hücumçusu Luis Diazın atası tutulduqdan sonra vətənə qayıdıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Luis Manuel Diaz oktyabrın 20-də Kolumbiyada Milli Azadlıq Ordusu üsyançı qruplaşması tərəfindən qaçırılıb. Onun həyat yoldaşı da onunla birlikdə yaxalanıb və sonra sərbəst buraxılıb.
26 yaşlı Diaz 2022-ci ildən "Liverpul"da çıxış edir. Bu mövsüm forvard 12 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər