Bütün xəbərlər
Ticarət mərkəzində baş verən yanğının sahəsi 22 min kvadratmetrə çatıb
Tarix: 07-11-2023 09:11 | Bölmə: Digər

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın lokallaşdırılıb.
"Buryatiyada Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını lokallaşdırıblar. Yanğının sahəsi təqribən 22 min kvadratmetrdir", - Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı məlumat yayıb.
İdarədən qeyd edilib ki, hadisə yerində 126 nəfər işi davam etdirir, 32 texnika cəlb olunub.
Ulan-Udedə yerləşən “Qvozd” ticarət mərkəzində yanğın noyabrın 7-nə keçən gecə başlayıb. 10 min kvadratmetr sahəni əhatə edən ticarət mərkəzinin dam örtüyü yanıb. Sonradan məlum olub ki, dam örtüyü qismən dağılıb və alov binaya keçib. Binada bir neçə mebel mərkəzləri yerləşir. İlkin məlumata görə, itki yoxdur.
Departamentin mətbuat xidməti xəbər verir ki, Buryatiya Prokurorluğu yanğınla bağlı araşdırmalara nəzarət edir.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər