Bütün xəbərlər
"Atletiko Madrid" futbolçuları La Liqada "Real Madrid"ə yetişmək şansını əldən verdi
Tarix: 04-11-2023 14:27 | Bölmə: Digər

"Atletiko Madrid"in futbolçuları İspaniya çempionatının 12-ci turunun səfər matçında "Las Palmas" klubu ilə qarşılaşa bilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Döşəkçilər” meydan sahiblərinə 1:2 hesabı ilə uduzub.
Qaliblərin qollarını Kiryan Rodriges (51-ci dəqiqə) və Benito Ramires (75-ci dəqiqə) vurub. Uduzanların qoluna Alvaro Morata (84-cü) imza atıb.
Dieqo Simeonun komandası 25 xalla La Liqanın turnir cədvəlində üçüncü yerdə qalıb. Las Palmas 17 xalla 9-cudur. Çempionata "Real Madrid" başçılıq edir. "Los Blancos"un 28 xalı var.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər