Bütün xəbərlər
Mahaçev Volkanovski ilə döyüşdə zədələnib
Tarix: 03-11-2023 20:37 | Bölmə: Digər


Yüngül çəkidə Ultimate Fighting Championship çempionu İslam Maxaçev avstraliyalı Aleksandr Volkanovski ilə qələbə qazanan döyüşdə zədələndiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, döyüş Əbu-Dabidə baş tutub və ilk raundda rusiyalının erkən qələbəsi ilə başa çatıb.
"Ayağımın zədəsi var idi. Təpiklə vura bilmirəm. Gəzmək, qaçmaq olar", - deyə, Mahaçev "Matç" TV-də bildirib. Həkim dedi ki, sınıq yoxdur, amma ağır qançır var”.
Volkanovski ilə dueldə Mahaçev ikinci dəfə UFC titulunu qorudu. Ümumilikdə 25 döyüşdə bir məğlubiyyətlə qalib gəlib.


Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər