Bütün xəbərlər
Fələstin Qızıl Ayparası "Əl-Qüds" Xəstəxanası ərazisinə yeni hücumlar təşkil edildiyini açıqlayıb
Tarix: 31-10-2023 10:27 | Bölmə: Digər

İsrail ordusu Qəzza zolağının şimalında "Əl-Qüds2 xəstəxanası ətrafındakı əraziyə hava zərbələri endirməkdə davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Qeyd edildiyi kimi, İsrail hərbçiləri "Əl-Qüds" xəstəxanasının yerləşdiyi əraziyə davamlı olaraq hava və artilleriya zərbələri endirir. Atışma nəticəsində bina titrəyir, qaçqınlar və işçilər təşviş içindədir.
Qızıl Aypara daha əvvəl bildirmişdi ki, İsrail hərbçiləri tibb müəssisəsini qəsdən atəşə tuturlar ki, orada sığınan personalı, xəstələri və qaçqınları xəstəxana binasını tərk etməyə məcbur etsinlər.
Təşkilat rəhbərliyinin nümayəndəsi Abdel Əziz Əbu Aişə izah edib ki, bu insanların həyatını riskə atmadan 400-dən çox xəstəni və 12 minə yaxın köçkünü təxliyə etmək mümkün deyil.
BMT də eyni nöqteyi-nəzərdən çıxış edib və xəstəxanaların beynəlxalq hüquqla qorunmalı olduğunu vurğulayıb.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər