Bütün xəbərlər
Vadim Kozlov qadınlardan ibarət "Spartak" futbol komandasının məşqçisi oldu
Tarix: 30-10-2023 20:54 | Bölmə: Digər

Qadınlardan ibarət “Spartak” futbol klubunun baş məşqçisinin adı məlum olub. Bu vəzifəyə 33 yaşlı Vadim Kozlov təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva "Spartak"ının mətbuat xidməti Vadim Kozlovun qadın futbol komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Bundan əvvəl Vadim Kozlov “Stroqino” qadın futbol klubunu çalışdırıb. Vadim Sergeyeviçin rəhbərliyi altında "Spartak" 2024-cü il mövsümündə Superliqada debüt edəcək.Oktyabrın 14-də "Spartak" qadınlardan ibarət futbol komandasının yaradıldığını elan edib.
"Vadim Kozlov "Spartak" kimi böyük klubda özünü sübut etmək şansına layiq idi. Biz ona bu imkanı verdiyimizə görə şadıq. Vadim Sergeeviçin əzmi sayəsində "qırmızı-ağlar" əla nəticələr əldə edə bilirlər", - TASS "Spartak"ın direktoru Yelena Terexovadan sitat gətirir.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər