Bütün xəbərlər
"Dinamo"nun futbolçusu həyatında ilk dəfə qar görüb
Tarix: 30-10-2023 20:06 | Bölmə: Digər

“Dinamo”nun yarımmüdafiəçisi Bitello qarı görüb sevinib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ömrünün 23 ilində braziliyalı heç vaxt belə yağıntı ilə qarşılaşmamışdı.
Moskvaya yağan qar "Dinamo"ya yeni gələn Bitellonu sevindirib. Braziliyalı futbolçu həyatında ilk dəfə qar gördüyünə sevinib.
"Moskvada soyuqdur, amma çox yaxşıdır. Qar yağdı. Həyatımda ilk dəfə qar gördüm və xoşbəxtəm. Hətta Lukas Çaveslə qartopu oynamışam.İndi də ailəmə və dostlarıma qarla fotolar göndərirəm" TASS xəbər verir ki, bu barədə Bitello bildirib. Qar 23 yaşlı braziliyalıya Rusiya çempionatının 13-cü turunda "Ural"a qalibiyyət qolunu vurmağa mane olmayıb.
Bitello kimi tanınan Joao Paulo de Sousa Mares sentyabrda "Qremio"dan "Dinamo"ya keçib. Braziliyalı yarımmüdafiəçi ilə müqavilə 5 illikdir. Bitello bu mövsüm "Dinamo"nun heyətində bütün yarışlarda 8 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər