Bütün xəbərlər
Misir milli futbol komandası ruslarla yoldaşlıq oyunu keçirmək istəyir
Tarix: 30-10-2023 15:23 | Bölmə: Digər

Rusiya yığması gələn il Misir yığması ilə oynaya bilər. Yoldaşlıq görüşünün keçirilməsi təşəbbüsü Misir tərəfdəndir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sentyabrda rusiyalı futbolçular Misirin olimpiya komandası ilə yoldaşlıq oyunları keçiriblər. Misirlilər əməkdaşlığı davam etdirmək istəyirlər.
Misir Futbol Assosiasiyasının baş katibi Valid Əl-Attar ölkəsinin millisinin Rusiya komandası ilə oynamaq istədiyini bildirib. "Rusiya millisi ilə oynamaq istəyimiz var. Bu məsələni Rusiya Futbol İttifaqındakı həmkarlarımızla müzakirə edəcəyik", - "Sport-Express" El-Attarın sözlərindən sitat gətirir.
Sentyabrda Süveyş şəhərində iki görüş keçirilib. Futbolçuları 25 yaşadək olan Rusiya millisi Misirin olimpiya yığması ilə qarşılaşıb. Sentyabrın 7-də keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və sentyabrın 11-də misirlilər 2:1 hesabı ilə qalib gəliblər.




Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər