Bütün xəbərlər
Rusiyalı cüdoçuların Fransada keçiriləcək Avropa çempionatında iştirakına icazə verilib
Tarix: 30-10-2023 15:05 | Bölmə: Digər

Rusiya cüdoçuları qarşıdan gələn Avropa çempionatında iştirak edəcəklər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransanın Monpelye şəhərində keçiriləcək qitə birinciliyinə Rusiyadan 16 idmançı yollanacaq.
Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, ruslar yarışlarda neytral bayraq altında mübarizə aparacaqlar. Həm qadınlardan ibarət komanda (altı nəfər), həm də kişilərdən ibarət komanda (doqquz) Fransaya yollanacaq.
Rusiyadan olan cüdoçuların bu iştirakı bir illik fasilədən sonra ilk olacaq. Avropa çempionatı noyabrın 3-dən 5-nə kimi baş tutacaq.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər