Bütün xəbərlər
"Real Madrid"in yarımmüdafiəçisi 2 ay yaşıl meydanlardan kənarda qaldı
Tarix: 29-10-2023 16:37 | Bölmə: Digər

Ötən gün La Liqanın 11-ci turunun mərkəzi oyununda "Real Madrid" səfərdə "Barselona"ya qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin hər iki qolunu yarımmüdafiəçi Cud Bellinqem vurub.
Lakin "El Klassiko"nu qazanmağın sevincini "Real Madrid"in digər futbolçusunun zədəsi kölgədə qoydu. Yarımmüdafiəçi Aurelien Tchouameni ayağı sınıb.
Orenlier Tchouameni ayağındakı ağrılara baxmayaraq, bütün oyunu keçirdi. Oyundan sonra futbolçunun ayağı şişib. Müayinə zamanı məlum olub ki, fransalının ikinci ayaq sümüyünün stress sınığı var.
Futbolçunun müalicəsi və sağalması təxminən iki ay çəkə bilər. Belə ki, Çuameni cari təqvim ilində meydana çıxmayacaq. 2023/24 mövsümündə Aurelien 14 oyun keçirib və 1 qol vurub.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər