Bütün xəbərlər
"Liverpul" Avropa Liqasında "Tuluza"ya 5 qol vurub
Tarix: 27-10-2023 09:20 | Bölmə: Digər

“Liverpul” futbolçuları Avropa Liqasının qrup mərhələsində doğma arenada “Tuluza”nı məğlub edərək, rəqib qapısına 5 qol vurub – 5:1.
Qaliblər Dioqo Jota (9-cu dəqiqə), Vataru Endo (30), Darvin Nunes (35), Rayan Qravenberç (65) və Məhəmməd Salahdan (90+3), Teis Dallinqa (16) isə qonaqların qapısından qol vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Liverpul" turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb və 9 xalla E qrupuna başçılıq edir. “Union” ikinci yerdə (4 xal), üçüncü yerdə “Tuluza” (4 xal), LASK isə dördüncü yerdədir (0).


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər