Bütün xəbərlər
"O, mənim kumirlərimdən biridir": Tayson Emelianenko ilə döyüşdən imtina etdi
Tarix: 27-10-2023 00:04 | Bölmə: Digər

Mayk Taysonla Fedor Emelianenko arasında boks görüşü baş tutmayacaq. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ağır çəkidə keçmiş mütləq dünya çempionu deyib.
"Fedorla döyüş olmayacaq. O, mənim kumirlərimdən biridir", - "Sport Express" 57 yaşlı Taysondan sitat gətirir.
Bundan əvvəl böyük Emelianenko öz gələcəyindən danışaraq, qarışıq döyüş növlərinə qayıtmayacağını, lakin Taysonla döyüşdə özünü boksda sınamaq istədiyini bildirmişdi.
Xatırladaq ki, 47 yaşlı rusiyalı idmançı 2023-cü il fevralın 4-də Bellator 290-da Rayan Beyderə uduzduqdan sonra MMA-dan ayrılıb. Onun hesabında 40 qələbə və 7 məğlubiyyət var.
Tayson peşəkar boksda 50 qələbə (44 nokaut) qazanıb, altı məğlubiyyət alıb. Daha iki döyüş etibarsız sayılıb. Amerikalı boksçu 2005-ci ilin iyununda idmandan gedib.


Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər