Bütün xəbərlər
Rusiyalı Tasoev cüdo üzrə Böyük Dəbilqə turnirində birinci olub
Tarix: 26-10-2023 22:11 | Bölmə: Digər

Rusiyalı cüdoçular Abu Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində uğurlu çıxışları ilə azarkeşlərini sevindirməyə davam ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarışın final günündə İnal Tasoev daha bir qızıl medal qazanıb.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan rusiyalı final görüşündə Almaniya təmsilçisi Erik Abramovu məğlub edib. Tasoyevin həmyerlisi Tamerlan Başayev üçüncü olub. Bürünc mükafatı da hollandiyalı Jelle Snippe qazanıb.
Rusiyaya daha bir qızılı 100 kq çəki dərəcəsində mübarizə aparan Arman Adamyan gətirib. Ümumilikdə rusların dörd qızıl və beş bürünc medalı var. Mükafatların sayına görə, Əbu-Dabidə keçirilən turnirdə Rusiya cüdoçuları ən yaxşısı olublar.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər